Mixail Şumaxerlə bağlı üzücü xəbər
    • 15-10-2018, 14:40
    • 1 209

Mixail Şumaxerlə bağlı üzücü xəbər

2013-cü ildə Alp dağlarının Fransa hissəsində xizək sürərkən qəzaya uğrayan və həmin vaxtdan komada olan Mixail Şumaxerlə bağlı məyusedici açıqlama verilib.

Məşhur "Formula 1" pilotunun meneceri və yaxın dostu Uilli Ueber onun sağalacağına bəslədiyi ümidlərin artıq tükəndiyini bildirib. Almaniya mətbuatına danışan menecer Şumaxerin sağalmasının mümkünsüz olduğunu deyib: 

"Artıq buna inanmaqdan vaz keçdim. Yoxsa dəli olacağıam. 20 illik möhtəşəm dosluğumuz oldu. Birlikdə böyük uurlara imza atmışıq. Amma artıq taleyimiz öz əlimizdə deyil. Yenidən aramıza dönə biləcəyinə inanmıram".

Şumaxerin ailəsinin əfsanəvi pilotun ən çox sevdiyi ada olduğu üçün onu Malyorkaya aparmaq istəməsi ilə bağlı yayılan xəbərlərə toxunan Ueber "Mixael Malyorkanı heç vaxt sevməyib. Orda özünü rahat hiss etmirdi.

Necə oldusa, hər kəs onun Malyorkanı çox sevdiyini düşünməyə başladı. Amma onun arzularınakı ada Malyorka deyildi" deyib.

//Fanat.az