Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir
    • 17-11-2020, 09:53
    • 275

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir

Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən xəbərə görə, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol

Q.Qarayev prospekti

H.Zərdabi küçəsi 20 Yanvar dairəsi istiqaməti

Z.Bünyadov küçəsi 20 Yanvar dairəsi istiqaməti

Ü. Hacıbəyov küçəsi

Ə. Yaqubov küçəsi Bayıl dairəsi

A. Şərifzadə küçəsi

M. Füzuli küçəsi.

Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var: "Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik. Xüsusi ilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılması zəruridir".