"Dərs vaxtı"nın 2000-ci buraxılışı efirə gedib
    • 30-11-2020, 11:47
    • 352

"Dərs vaxtı"nın 2000-ci buraxılışı efirə gedib

Noyabırn 30-da Təhsil   Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib. Cari ilin 11 mart tarixindən start verilən proqram çərçivəsində indiyədək ümumilikdə 5300-ə yaxın teledərs efirə gedib. İlin sonuna kimi bu rəqəmin 6 minədək çatması gözlənilir. Qeyd edək ki, gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır. 

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az) izləmək imkanı əldə edə bilərlər.