Aynişan boşanmasından yazdı:
    • 8-12-2020, 10:41
    • 1 404

Aynişan boşanmasından yazdı: "Aramızda olan problemləri həll edə bilmədik"

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva həyat yoldaşı Kənanla boşanması ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Aynişan Quliyeva bununla bağlı "İnstagram" hesabında paylaşım edib:

“Ölkəmiz üçün belə şərəfli və məsuliyyətli günlərdə məndən asılı olmayan səbəblərdən arzulamadığım bir mövzuda yenidən gündəmə gəlməli oldum. Dünyadakı bir çox ailələr kimi bizim də ailəmizdə müəyyən problemlər, xarakter uyğunsuzluqları yarandı. Bu problemlərin bir hissəsi yay aylarına təsadüf etdiyi üçün boşanmağımızla bağlı xəbərlər yayıldı. Bir çoxları müxtəlif cür yozsalar, reklamla əlaqələndirmək istəsələr də, hər bir normal ailədə baş verən daxili məsələlər idi. Biz ilk addımda dağıtmaq üçün qurmadığımız ailəni qorumaq üçün bir-birimizə zaman vermək qərarına gəldik. Ancaq yaydan keçən müddət ərzində aramızda olan problemləri həll edə bilmədik. 2 həftə öncə boşanmaq üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə müraciət etdim. Hazırda boşanma prosesi qanuni olaraq tam başa çatmayıb. Hazırda müvafiq qurumun yekun qərarını gözləyirəm. Xalqımızın dəyərli övladlarının şəhid verdiyi, bir gözümüzün gülüb, digərinin ağladığı zamanda qəti şəkildə bu formada xəbərlə gündəmə gəlmək, şəxsi məlumatla insanlarımızı yormaq istəmirdim. Ona görə də bu, boşanma məsələsi ilə bağlı məlumat verməyi təxirə salmışdım. İlk gündən bu mövzunu şəxsi məsələm hesab edib, gündəmə gəlməyi arzulamamışam. Təəssüflə qeyd etmək istəyirəm ki, belə bir vəziyyət yarandı. Bu duruma görə xalqımız qarşısında üzrxahlıq edirəm. Bütün media nümayəndələrindən boşanma məsələsi ilə bağlı bu açıqlamanı ilk və son açıqlama kimi qəbul etmələrini xahiş edirəm”.