-
- 24-12-2020, 15:19
- 434
Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşdi
Baş nazir Əli Əsədov “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli və “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
News24.az-ın verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, səfərbərliyə çağırılan tələbələrin yekun dövlət imtahanı onların daha öncəki təhsil nəticələrinə görə hesablanacaq.
Hər iki qərara aşağıdakı bənd əlavə edilib:
2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunur.
Bu Qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.