"Azərbaycan xalqı dünyaya sübut etdi ki, vətəndən daha qiymətli heç bir şey yoxdur" - MANANA
    • 1-01-2021, 13:14
    • 480

"Azərbaycan xalqı dünyaya sübut etdi ki, vətəndən daha qiymətli heç bir şey yoxdur" - MANANA

Əməkdar artist Manana Çaparidze sosial şəbəkədə ailəsi ilə foto paylaşıb.

News24.az xəbər verir ki, müğənni paylaşımında 2020-ci ilin çətinliklərindən yazıb: "2020-ci il bütün dünya tərəfindən çətinlikləri, böyük ağrıları, göz yaşları ilə yadda qalacaq. Mənim Azərbaycanım bu ildə ikiqat əziyyətə qatlandı. Bu mürəkkəblik bütün dünyada yaşayan Azərbaycan xalqını dəmir yumuruq kimi bir yerə topladı. Pisliyi fəth edən bu birlik oldu! Hörmətli Ali Baş Komandanın rəhbərliyi ilə cəsarətli Azərbaycan əsgərləri yeni bir tarix yazdılar. Şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad edəcəyik, yaralı əsgərlərimiz üçün şəfa diləyəcəyik. Azərbaycan xalqı dünyaya sübut etdi ki, vətəndən daha qiymətli heç bir şey yoxdur".

Sevda Bayramova