ABŞ konqresində ÇAXNAŞMANI törədənlər axtarılır
    • 8-01-2021, 17:23
    • 359

ABŞ konqresində ÇAXNAŞMANI törədənlər axtarılır

ABŞ polisi konqres binasına basqın edən “QAnon Shaman” və dostlarını axtarır.

News24.az xarici KİV-ə istinadən bildirir ki, Vaşinqton polisi ABŞ-ın konqres binasına girən insanların şəkillərini yayımlayaraq, başladılan istintaqda həmin şəxslərin axtarıldığını açıqlayıb.

Bildirilir ki, axtarılanlar siyahısında hadisəyə damğasını vuran və boynuzlu başlıq taxan “QAnon Shaman” ləqəbli Ceyk Engıl da var. Amerika mətbuatı 32 yaşlı təxribatçının Trampın əvvəlki mitinqlərində də fəal iştirak etdiyini, paltarı və döymələri ilə respublikaçılar arasında məşhur olduğunu yazır. 

Qeyd edək ki, konqresdə baş verən polislə münaqişə nəticəsində 4 şəxs həyatını itirib, onlarla insan yaralanıb.