"Şəhidlərin üzünə baxa bilmirdim..." - 25 ildən sonra Xiyabanda - VİDEOREPORTAJ - FOTOLAR
    • 19-01-2021, 20:25
    • 404

"Şəhidlərin üzünə baxa bilmirdim..." - 25 ildən sonra Xiyabanda - VİDEOREPORTAJ - FOTOLAR

Sabah qanlı yanvar tarixinin 31-ci il dönümüdür. Anım günü ilə bağlı Şəhidlər Xiyabanında bərpa işləri həyata keçirilib. Xiyabanın girişində isə ənənəvi olaraq qərənfillərdən hazırlanmış xüsusi kompozisiya qurulub. Bu il ziyarət əvvəlki illərdən fərqli olacaq. Şəhidlərimizi daha çox insan ziyarət edəcək. Çünki, məhz burda uyuyan cəsarətli igidlərimizin sayəsində Qarabağımızı geri aldıq, torpaqlarımızı işğaldan azad etdik. Amma onu da unutmamalıyıq ki, xüsusi karantin rejimi hələ də davam edir və məhz buna görə də sabahki ziyarət zamanı insanlar Xiyabana hissə-hissə buraxılacaq.

News24.az olaraq Şəhidlər Xiyabanından videoreportaj hazırlayıb, görülən ən son işlərlə tanış olub, qanlı yanvar hadisəsi şahidləri ilə həmsöhbət olduq.

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov