"Müəllimlərimiz üçün də verilən şərait çətindir" - Nazir
    • 22-01-2021, 12:29
    • 278

"Müəllimlərimiz üçün də verilən şərait çətindir" - Nazir

"Ucqar kəndlərdə yaşayan şagirdlər və tələbələr özlərini daha az dəstək görmüş kimi hiss edirlər".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev  bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, təhsillə bağlı ən böyük problem aşağı siniflərdədir: "Dostları, sinif yoldaşları ilə birgə olmamaları ciddi məsələdir. Bunun da aradan qaldırılması ilə bağlı elmi araşdırmalar aparıb, geriyə qayıdacayıq. Müəllimlərimiz üçün də verilən şərait çətindir. 

Biz güman edirik ki, bu dövr ərzində şagirdlərin müstəqil öyrənmə bacarıqlarında qismən müsbət dinamika görə bilərik. Ümid edirik ki, bu dinamika baş verib".