Bakıda kran yolu bağladı, tıxac yarandı - Foto
    • 3-02-2021, 16:25
    • 373

Bakıda kran yolu bağladı, tıxac yarandı - Foto

Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

News24.az
-ın xəbərinə görə, bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb. 

O qeyd edib ki, kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub: “Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir. Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq”.