Bakıda baş redaktor döyüldü
    • 20-02-2021, 14:53
    • 406

Bakıda baş redaktor döyüldü

Ötən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

News24.az-ın xəbərinə görə, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.

Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır. /APA/