Paytaxtda sexdən 5400 manatlıq oğurluq edildi
    • 24-02-2021, 11:35
    • 334

Paytaxtda sexdən 5400 manatlıq oğurluq edildi

Bakıda sexdə oğurluq hadisəsi olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5 400 manat dəyərində aliminum profillər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.