Kürdə batmışdı, meyiti 36 gün sonra tapıldı
    • 8-03-2021, 14:12
    • 436

Kürdə batmışdı, meyiti 36 gün sonra tapıldı

Kürdə batan şəxsin meyiti tapılıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.


Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.