Peyvənd olunan hamilə qadının uşağı ANTİTELLƏ DOĞULDU
    • 17-03-2021, 11:41
    • 364

Peyvənd olunan hamilə qadının uşağı ANTİTELLƏ DOĞULDU

ABŞ-ın Florida ştatında hamiləlik dövründə ilk doza koronavirus peyvəndi vurulan tibb bacısı COVID-19-a qarşı antiteli olan körpə dünyaya gətirib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli alimlər bununla ilk dəfə rastlaşdıqlarını bildiriblər. Pediatrlar Pol Gilbert və Çad Rudnik hamilə tibb işçisinə "Moderna" vaksinin vurulduğunu deyiblər. Üç həftə sonra isə qız uşağı dünyaya gəlib. Qan testi zamanı körpədə antitellərin olduğu bilinib.