Azərbaycanda dəhşətli qəza - ÖLƏNLƏR VAR
    • 18-03-2021, 13:21
    • 353

Azərbaycanda dəhşətli qəza - ÖLƏNLƏR VAR

Ağdaş rayonunda yol qəzası olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 18-də saat 1 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən - F.Verdiyev və C.Babayev hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.