Səbinə Əvəzqızı xərçəngə tutulub
    • 19-03-2021, 13:56
    • 350

Səbinə Əvəzqızı xərçəngə tutulub

Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.

News24.az-ın xəbərinə görə, hazırda jurnalist xəstəliyin ağır fazasındadır. Bu haqda məlumat verən yaxınlarının sözlərinə görə, həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini  deyirlər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.

Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir. 

Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. “Yeni Müsavat”, “Gün Səhər” qəzetlərində, “Həftə içi” qəzetinin Hafta.az saytında işləyib. Hazırda Lent.az saytının redaktorudur.