"Şuşada o mahnını oxumaqdan imtina etdim"- ZÜLFİYYƏ XANBABAYEVA - VİDEO
    • 22-03-2021, 13:31
    • 591

"Şuşada o mahnını oxumaqdan imtina etdim"- ZÜLFİYYƏ XANBABAYEVA - VİDEO

"Həmin anda yaşadığım hissləri anlatmaq çox çətindir. Onu sözlə ifadə edə bilmirəm. Yalnız onu deyim ki, Şuşada qaldığım gecə səhərə qədər gözümə yuxu getmədi. Həyəcanla düşünürdüm ki, doğurdanmı mən Şuşadayam?!"

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva Şuşaya səfəri haqda danışarkən deyib.

Müğənni bildirib ki, o torpağa ayaq basmaq, oranın havasını, suyunu dadmağı illərlə xəyal edib: "Şuşanın dağları"nı da o arzu, o həsrətlə oxumuşam. Amma bu mahnını orda oxumadım. Düzdür, oxumağımı istədilər. Amma düşündüm ki, orda bu mahnını ifa etmək çox tezdir. Çünki hələ də qanayan yaralarımız var, onların yeri hələ sağalmayıb. Düşünürəm ki, bununla şəhidlərimizin ruhuna, onların ailələrinə hörmətsizlik etmiş olaram, xətirlərinə dəyərəm. Hələ her şey qabaqdadır. Bizlər yenə də Qarabağımıza gedib orada mahnılarımızı ifa edəcəyik. İstəyirəm ki, tam bərpa olunmuş, quruculuq işləri tamamlanmış Qarabağımıza səfər edim. İnşallah o da çox yaxınlarda olacaq. Burdan orda olan bütün əsgərlərimizi salamlayıram".

Sevda Bayramova