"Üç-beş nəfər turnikdən sallanmaqla KORONAVİRUSA YOLUXMUR" – FAZİL MUSTAFA
    • 22-03-2021, 14:05
    • 431

"Üç-beş nəfər turnikdən sallanmaqla KORONAVİRUSA YOLUXMUR" – FAZİL MUSTAFA

“Operativ Qərargahın son qərarlarını məntiqli hesab edirəm, amma müəyyən natamamlıqlar var. Az sayda da olsa, toyların keçirilməsinə icazə verilməli idi”. 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, restoranlarda 30-40 nəfərin toy keçirməsində heç bir qəbahət yoxdur: “Bunu niyə etmədilər, onu bilmədim. Bundan əlavə, məscidlərin fərdi ibadətə açılması labüddür. Həmçinin, turizmin tam çökməməsi üçün müəyyən tədbirlər görmək olardı. Metronun açılması avtobuslarda olan sıxlığı azalda bilərdi. Nəzarət mexanizmini ancaq məhdudlaşdırmaqla həyata keçirmək mümkün deyil. Bayram günlərində ictimai nəqliyyatın hərəkətini dayandırarkən, özəl sektorlarda çalışanları nəzərə almalı idilər. Bu qərar doğru deyildi”. 

Deputatın fikrincə, qapalı idman zallarınının açılması da vacib idi: “İdman zallarının qapalı qalması gülməli addımdır. Üç və ya beş nəfər turnikdən sallanmaqla koronavirusa yoluxmur”.