Təhsil nazirinin fəaliyyət göstərəcək dediyi bağçaların qapıları BU GÜN BAĞLI QALDI - FOTOFAKT
    • 5-04-2021, 10:00
    • 533

Təhsil nazirinin fəaliyyət göstərəcək dediyi bağçaların qapıları BU GÜN BAĞLI QALDI - FOTOFAKT

Bu gündən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq yerli icra hakimiyyətləri Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyəti dayandırılması ilə bağlı sərəncam vermişdi. Lakin sözügedən qərardan 1 gün sonra, 3 aprel tarixində Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabındakı canlı yayım zamanı edərək  məktəbəqədər təhsil müəssisələrinin (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcəyini açıqlayıb. 

News24.az-ın məlumatına görə, qərar dəyişikliyindən razı qalan valideynlər səhər saatlarında övladlarını bağçaya aparan zaman gözləmədikləri vəziyyətlə üz-üzə qalıblar. Buna səbəb isə bağçaların qapılarının bağlı olması olub. 

Görünür ki, Təhsil naziri Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi qərardan xəbərsiz olub.