Bişkekdə gəlinlərin qaçırılması ilə bağlı ETİRAZ AKSİYASI KEÇİRİLİR
    • 8-04-2021, 12:08
    • 297

Bişkekdə gəlinlərin qaçırılması ilə bağlı ETİRAZ AKSİYASI KEÇİRİLİR

Qırğızıstanın paytaxtında gəlin qaçırılmasına və qadınları zorla evləndirməyə məcbur etməsinə qarşı mitinq keçirilir.

News24.az RİA-ya istinadən xəbər verir ki, yüzdən çox insan respublikanın Daxili İşlər Nazirliyinin binasının yaxınlığında toplanaraq əllərində "Cinayət cəzalandırılmalıdır", "Bizi qaçırmağı dayandırmaq üçün neçə nəfər ölməlidir?", "Gəlin qaçırılması adət-ənənə deyil", "Utac" sözləri yazılmış plakatlar tutublar. 

Etirazçıların bəziləri Daxili İşlər naziri Ulan Niyazbəyovun istefasını, habelə məsələ ilə bağlı heç bir addım atmadığına üçün hüquq-mühafizə orqanlarının işçilərinin mühakimə olunmasını tələb edirlər.

Qeyd edək ki, mitinqə səbəb 27 yaşlı Aizada Kanatbekovanın qalmaqallı qətli olub. Qadın 5 aprel tarixində naməlum şəxslər tərəfindən qaçırılıb. Onun qohumları bunu evliliyə məcbur etmək məqsədi ilə baş verə biləcəyini söyləyiblər. 

7 aprel tarixində isə çoban şübhəlinin avtomobilini Bişkek yaxınlığındakı tarlada aşkarlayıb. Avtomobilin içində qaçırılan qızın onu qaçıran şəxsin cəsədləri olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ilkin istintaqda bəlli olub ki, A.Kanatbekovanı qaçıran şəxs əvvəlcə qızı boğun sonra isə özünü öldürüb.