"Onun kimi olacağamsa, ata olmaq mənə qismət olmasın" - VÜQAR - VİDEO
    • 12-04-2021, 13:17
    • 518

"Onun kimi olacağamsa, ata olmaq mənə qismət olmasın" - VÜQAR - VİDEO

Müğənni Vüqar Muradov ARB TV-də yayımlanan "Bazar düzü" verilişində qonaq olub.

News24.az xəbər verir ki, ifaçı proqram əsnasında atası haqqında danışıb: "Atam kommunist fikirli insandır. Dünya gözəli insandır, lakin övladına sevgisini göstərə bilməyən biridir. Elə bilir ki, uşağa qışqırılmalıdır. Ona görə travmalıyam. Atam kimi ata olmayacağam. Elə ata olacağamsa, atalıq mənə qismət olmasın. Haradasa atam kimi birini görəndə də aqressiv oluram. Atam elə bilib ki, uşağın başına sığal çəksə, uşaq tərbiyəsiz olacaq. Qonşumuzda Aydın dayı var, oğlunun 37 yaş var. Hələ də balam, övladım deyir. Bir övlada "balam" sözünü demək bu qədər çətin idi? Həyatda heç nəyə ehtiyacım olmayıb. İndi 68 yaşı var, yenə də ətəyindən o daşı atmayıb. Atama haqqımı halal etmirəm".