"Allah o tibb bacısının bəlasını versin" - Anası koronavirusdan komada olan Əməkdar artist DANIŞDI - FOTO
    • 16-04-2021, 13:00
    • 604

"Allah o tibb bacısının bəlasını versin" - Anası koronavirusdan komada olan Əməkdar artist DANIŞDI - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanovanın valideynləri koronavirusa yoluxub. Sənətçinin atasının vəziyyəti yaxşılaşmağa doğru getsə də, anası artıq bir neçə gündür komadadır.

Valideynlərinin vəziyyəti ilə bağlı News24.az-a danışan ifaçı bildirib ki, qardaşı da koronavirusa yoluxub: "Atamın müalicəsi xəstəxana şəraitində davam edir, amma anam hələ də komadadır. Hissiyatı var, amma hələ ayılmayıb. Anam koronavirusa yoluxduqdan sonra yalnış müalicə nəticəsində insult keçirdi və komaya düşdü. Amma atam çox güman gələn həftə evə buraxılacaq. Mən burda olmadığıma görə yoluxmamışam, həm də mütəmadi olaraq profilaktik müalicələr etdiyimə görə yaxşıyam. Amma qardaşım yoluxmuşdu, indi sağalıb". 

Əməkdar artist anasının yanında olmadığı üçün məyusluğunu dilə gətirib: "Hər gün onunla görüntülü danışırdım. Mənə yaxşı olduğunu deyirdi. Pis olanda belə, evdəkilərə icazə vermirdi ki, mənə desinlər. Heç vaxt ağrısını biruzə verməzdi. Anamın halı pisləşib xəstəxanaya yerləşdirildiyi gün xəbərim oldu və dərhal Moskvadan qayıtdım Bakıya. Yanında olmadığıma görə çox pis oluram. Getdiyimə görə, onu tək qoyduğuma görə çox peşimanam. Onun şəkillərinə baxdıqça başıma vururdum. İndi başımın ağrısından tərpənə bilmirəm. Amma o ağrı belə yadıma düşmür. Anamın 59 yaşı var və artıq uzun illərdir boğaz xərçəngindən əziyyət çəkir. Onu uşaq kimi, ovcumun içində saxlayırdım. Heç indiyə kimi də anlaya bilmirik ki, o necə koronavirusa yoluxub. Anam virusa yoluxandan sonra həkimlərə müraciət etdik, dedilər ki, xəstəxanalıq bir şey yoxdur. Evdə müalicəsini edə bilərsiniz. Bunun üçün gündəlik evimizə tibb bacısı gəlirdi. Allah onun bəlasını versin. Həkim anama qarın üçün gündə iki dəfə iynə vurulmasını yazıb. Amma o gündə bir dəfə vurub və söyləyib ki, buna ehtiyac yoxdur. Ondan sonra anam o vəziyyətə düşdü. Anam sağalsın daha sonra onu yalnış müalicə edən o tibb bacısını lazımı yerlərə şikayət edəcəm. Əsas anam gözünü açsın".