"Məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı" - NAMİQ QARAÇUXURLU
    • 29-04-2021, 13:21
    • 438

"Məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı" - NAMİQ QARAÇUXURLU

Meyxanaçı Namiq Qaraçuxurlunun sosial şəbəkədə yazdığı son statusu diqqət çəkib.

News24.az xəbər verir ki, uzun müddət yaradıcılığına fasilə verən sənətçi şəhid və qazi ailələrindən icazə alıb yenidən işlərinin başına qayıdır: "Son müraciətimə yazılan şərhləri oxuyarkən kövrəlməmək, dolmamaq mümkünsüzdür. Siz mənə nəinki izn verdiniz, həm də anlata bilməyəcəyim qədər müsbət hisslər yaşatdınız. Neçə gündür düşünürəm, həqiqətən də söz tapa bilmirəm ki, hisslərimi necə izah edim. Yəqin zaman-zaman müsahibələrimdə izah edə biləcəm. Əslində heç bir şey etməmişəm. Sadəcə, xalqla eyni düşünmüşəm. Bunun müqabilində məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı. Bir daha sübut olundu ki, biz bizə dəyər verəni iki qat dəyərləndirən xalqıq. Allah sizdən razı olsun. Sizə sonsuz təşəkkür edirəm. Qarşınızda baş əyirəm".