Tarixi binada mansardı vəzifəli şəxs tikib
    • 30-04-2021, 17:40
    • 579

Tarixi binada mansardı vəzifəli şəxs tikib

Bakıda tarixi binanın üzərinə tikilən mansardla bağlı maraqlı məlumatlar üzə çıxıb.

Mansard vaxtilə Bakı sovetinin sədri işləmiş Sənan Əlizadə tərəfindən tikilib. 2009-cu ildə bu obyekt "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə satılıb. Hazırda mansardın kimə məxsus olması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Əlizadə 1990-93-cü illərdə Bakı sovetinin sədri işləyib. 2008-ci ildə 65 yaşında vəfat edib. /Qafqazinfo.az/