Mikayıl Cabbarov Azad Rəhimov haqda: "Həyat eşqi ilə dolu insan idi'
    • 1-05-2021, 17:27
    • 316

Mikayıl Cabbarov Azad Rəhimov haqda: "Həyat eşqi ilə dolu insan idi'

"Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında yazıb.

Paylaşımda deyilir:

"Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin".