Balakəndə mağaza yandı
    • 3-05-2021, 09:29
    • 305

Balakəndə mağaza yandı

Balakəndə yanğın olub. 

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.