"Marvel"-dən yeni filmlərin anonsu - VİDEO
    • 5-05-2021, 14:09
    • 251

"Marvel"-dən yeni filmlərin anonsu - VİDEO

"Marvel" şirkəti gələcək film premyeraları ilə bağlı 3 dəqiqəlik anons təqdim edib.

News24.az xəbər verir ki, anonsda keçmiş filmlərdən fraqmentlərdən sonra studiyanın yeni ekran işlərinin treylerləri yer alıb. Yeniliklər arasında "Qara Dul", "Şanq-Çi", "Əbədi" və digər filmlər var. Bundan əlavə, studiya premyeraların tarixlərini açıqlayan afişanı təqdim edib.

Hörümçək Adamın sərgüzəştlərinin yeni hissəsi bu ilin 17 dekabr tarixində yayımlanacaq. "Qara Dul" filmi 9 iyul, Ancelina Colinin yer aldığı"Əbədi" 5 noyabr və sirli "Şang-Chi və 10 haqlqanın əfsanəsi" 23 sentyabrda, "Tor" isə 6 may 2022-ci izləyicilərə təqdim ediləcək.

Digər ekran işləri "Qara Pantera", "Doktor Strenc", "Qalaktika qoruyuxuları", "Marvellər" isə 2023-cü ildə işıq üzü görəcək.