"Qədir Xum" restoranında nişan keçirildi, 57 nəfər cərimələndi - Fotolar -Video
    • 8-05-2021, 15:10
    • 483

"Qədir Xum" restoranında nişan keçirildi, 57 nəfər cərimələndi - Fotolar -Video

Suraxanı rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi keçirən 57 nəfər cərimələnib.

News24.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb. Nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar. Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.