Prezident Naxçıvanda şəhidlərin məzarlarını ziyarət edib
    • 10-05-2021, 16:45
    • 378

Prezident Naxçıvanda şəhidlərin məzarlarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

News24.az-a xəbər verir ki, dövlətimizin başçısı məzarların üzərinə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev babası Əlirza Əliyevin məzarının üzərinə də gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.