Kapitoliyə basqına görə ilk hərbi qulluqçu saxlanıldı  - VİDEO
    • 14-05-2021, 10:27
    • 286

Kapitoliyə basqına görə ilk hərbi qulluqçu saxlanıldı - VİDEO

ABŞ-da Kapitoliyə basqın hadisəsinə görə, fəaliyyətdə olan ilk zabit saxlanılıb. 

News24.az xəbər verir ki, bu, 40 yaşlı Dəniz Qüvvələrinin mayorudur. O, yanvar ayında Donald Tramp tərəfdarlarının mitinqləri zamanı təhlükəsizlik işçilərinə hücum etməkdə günahlandırılır. İşin istintaqı hələ başa çatmayıb.

Eyni zamanda ABŞ-da yeni qalmaqal başlayır. Prezident Co Baydenin qeyd-şərtsiz səs qazandığı Arizona ştatənın səlahiyyətliləri saxtakarlıqda günahlandırılır, sandıqlarda göstərildiyindən daha çox bülletenlərin olduğu iddia edilir. Bu yaxınlarda isə yerli sakinlər ştatda 2018-ci ildən bəri bütün seçkilərin nəticələrinin qanunsuz elan edilməsi ilə bağlı Ali Məhkəmədə iddia qaldırıblar.