Bu yolda hərəkət məhdudlaşdırıldı
    • 14-05-2021, 13:55
    • 401

Bu yolda hərəkət məhdudlaşdırıldı

Sabunçu rayonmu Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.