Şəkidə 1 ton 500 kq narkotik vasitə məhv edildi
    • 18-05-2021, 10:30
    • 290

Şəkidə 1 ton 500 kq narkotik vasitə məhv edildi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17 880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.