Aeroport yolunda AĞIR QƏZA: 3 ölü, 6 yaralı
    • 24-05-2021, 16:50
    • 308

Aeroport yolunda AĞIR QƏZA: 3 ölü, 6 yaralı

Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. 

“Mercedes Vito”da olan 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, digər 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.

İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb. 

Qeyd edək ki, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.