"Project Management"in inkişafına böyük töhfə verən şəxs
    • 26-05-2021, 12:52
    • 487

"Project Management"in inkişafına böyük töhfə verən şəxs

Dünyanın ən nüfuzlu universitetlerindən biri olan "Los Anceles Kaliforniya” Universitetini fərqlənmə ilə bitirənlərdən biri də həmyerlimiz Emil Məmmədovdur. O, Kaliforniya Menecment və Elmlər Universitetinin Layihə İdarəetmə Proqramınının MBA dərəcəsinə malikdir. 

News24.az xəbər verir ki, E.Məmmədov Layihə Menecmenti İnstitunun üzvüdür  və 2014-cü ildən PMP sertifikatlıdır. 

8 illik Amerika təcrübəsi  olan Emil Məmmədov bir çox fərqli sahələrin layihələrində təlimçi məsləhətçi kimi iştirak edib.

Azərbaycanda olduğu dövrdə ilk və aparıcı "Project Management" təlim ofisi olan ESPMO-nu yaradıb. Bununla da o, bir ilkə imza atıb. Daha sonra isə Azərbaycanda fəaliyyət göstərdiyi 3 ildə “Project Management” sahəsində verdiyi 31 fərqli  fərqli təlim ilə yeni bir rekordun müəllifi olub. Emil Məmmədov həmçinin, şəxsi ESPMO təlim ofisi vasitəsilə Azərbaycanin neft qaz, bank, nəqliyyat, telekommunikasiya və digər sektorlarında olan ən böyük şirkətlərinə “Project Management” sahəsində fərqli təlimlər verib. 

Təlimlərdə iştirak edən şirkətlərin nümayəndələri öyrəndiklərini öz müəssisələrində tətbiq edərək, idarə etdikləri layihələrin müvəffəqiyyətlə tamamlanmasına böyük töhfə veriblər. 

Xüsusilə, PMP ( Project Management Professional) təlimlərində iştirak edənlər PMP imtahanını keçərək, Layihə Menecmenti İnistitunun Beynəlxalq dərəcəli “Project Management Profesiional” ( PMP ) sertifikatlarını əldə ediblər. 

Verdiyi təlimlər və dərslər ilə Azərbaycanda Project Management sahəsində peşəkar kadrların yetişməsinə, Project Managementin professional səviyyədə tədbiqinə, inkişafına, təkmilləşdirilməsinə böyük töhfə və təkan verib. Eyni zamanda, Azərbaycan təhsilində gənclərin Project Management sahəsinə olan maraqlarının artmasında böyük səylər göstərib.

Həmyerlimiz həmçinin Bakı Ali Neft Məktəbi və Amerikanın Məşhur “Duke” Universitetinin əməkdaşlığı ilə Bakı Ali Neft Məktəbində yaradılmış Layihə Menecmenti Məktəbində ( School of Project Management ) çalışır. O, “Duke” Universitetinin “Project Management” üzrə professional sertifikat təqdim etdiyi proqramda fərqli modullar üzrə layihə menecmenti təlimləri də verir. Həmçinin, Bakı Ali Neft Məktəbinin MBA Magistratura proqraminda “Project Management” üzrə fənlər tədris edir.

Siz də bu cür professional təlimlərdə iştirak etmək istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlayın.

Əlaqə:

Tel:0552550403
Whatsapp:+13236459939
Email: [email protected]