Qalmaqallı teatrdan daha bir aktrisa GETDİ
    • 2-11-2018, 10:18
    • 988

Qalmaqallı teatrdan daha bir aktrisa GETDİ

İrəvan Dövlət Azərbaycan Dram Teatrındı daha iki nəfər tərk edib.

Direktor İftixar Piriyevin işdən çıxardığı aktyorlarla bağlı keçirdiyi imzatoplama kampaniyasında iştirak etməkdən boyun qaçıran rejissor assistenti Tural Xəlilzadə və aktrisa Şəbnəm Cəbrayılova işdən çıxmaqla bağlı ərizə yazıb.

Hər iki şəxsin ərizəsi İ.Piriyev tərəfindən qəbul edilib.

Qeyd edək ki, sözügedən teatrda kollektivin bir qrupu ilə İ.Piriyev arasında illərdir münaqişə yaşanmaqdadır. 

//Ölkə.az