Xəzəri çirkləndirən əsas amillər açıqlandı
    • 1-06-2021, 17:06
    • 547

Xəzəri çirkləndirən əsas amillər açıqlandı

“Xəzər dənizini çirkləndirən müəyyən qaynar nöqtələr var. Bunlar Hövsan kanalı, Badamdar qəsəbəsində yerləşən 32-ci kanaldır. Bu da həmin ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması, fərdi yaşayış evlərinin çirkab sularının, orada fəaliyyət göstərən iri neft sənayesi, və ya digər sənaye müəssisələrinin çirkab sularıdır ki, onlar idarə edilmir".

News24.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” hesabında yayımlanan “Ekspert saatı” verilişində ETSN-nin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov deyib.

İdarə rəisi qeyd edib ki, həmin çirkab sular birbaşa kanallara qoşularaq Xəzər dənizinə axıdılır: "Tərəfimizdən bunlarla bağlı monitorinqlər aparılır, axarların həcmi müəyyən edilir. Nazirlik olaraq bununla bağlı iri qurumlar qarşısında vəsadət qaldırırıq. Qarşısını almaq üçün bəzən sanksiyalar, cərimələr tətbiq edirik. Buna baxmayaraq hələ də mövcud problemlərimiz var”.