Oğurladığı 100 minlik qol saatlarını evində gizlətdi - Foto
    • 10-06-2021, 16:57
    • 320

Oğurladığı 100 minlik qol saatlarını evində gizlətdi - Foto

Bakıda 29 yaşlı kişinin avtomobildən oğurladığı 100 min manatlıq qol saatları evində aşkar edilib.

DİN mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda vətəndaş Əli Quluzadəyə məxsus avtomobilin yan şüşəsi sındırılaraq saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmayıl Məlikov saxlanılıb. Onun Binəqədi rayonunda yerləşən evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.