“Ağzımı açmağa imkan vermədi” - LALƏ MƏMMƏDOVA
    • 19-06-2021, 13:28
    • 721

“Ağzımı açmağa imkan vermədi” - LALƏ MƏMMƏDOVA

Əməkdar artist Lalə Məmmədova illər öncə başına gələn maraqlı əhvalatı danışıb.

News24.az xəbər verir ki, müğənni illər öncə Xalq artisti Firuz Əliyevin ondan incidiyini qeyd edib: “Firuz müəllim elə düşünürdü ki, onun oğlunu imtahandan mən kəsmişəm, amma elə olmayıb. Bakalavr sistemində bir neçə qaib olanda imtahana buraxılmır. Bir neçə tələbədə var idi, onlar arasında Firuz müəllimin oğlu da yer alırdı. Kafedrada cavabları yoxlayandan sonra pis vəziyyətdə gəlib dedi ki, uşağımı niyə kəsmisən? Elə bildi ki, hörmətsizlik etmişəm. Ağzımı açmağa imkan vermədi. Rektor Siyavuş Kəriminin yanına getdi, ona vəziyyəti başa saldılar. Ondan sonra özü anladı ki, səhv mənd deyildi”.