İran Rusiya ilə uçuşları dayandıra bilər
    • 20-06-2021, 11:30
    • 331

İran Rusiya ilə uçuşları dayandıra bilər

Rusiyada koronavirus (COVID 19) pandemiyasının yayılması ilə əlaqədar İrandan Rusiya və əks istiqamətdə uçuşların dayandırılması ilə əlaqədar təcili qərarın verilməsi istənilir.

Bu, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməkinin İranın Koronavirusla Mübarizə Milli Komitəsinə ünvanladığı məktubda qeyd olunur.
Məktubda bildirilir ki, komitənin ictimai-təhlükəsizlik iclasında bu məsələ araşdırılmalı və təcili qərar verilməlidir.

Qeyd edək ki, İranda indiyədək 3,08 milyon nəfər koronavirusa yoluxub, 82,8 min nəfər bu virusdan ölüb və 2,73 milyon nəfər sağalıb. /Trend/