Portuqaliyada Fərqanə Qasımova rüzgarı əsdi - FOTOLAR
    • 26-06-2021, 22:04
    • 813

Portuqaliyada Fərqanə Qasımova rüzgarı əsdi - FOTOLAR

Əməkdar artist Fərqanə Qasımova Portuqaliyada keçirilən "İmaterial" adlı beynəlxalq musiqi festivalında çıxış edib.

News24.az xəbər verir ki, konsertdə sənətçilə birgə azərbaycanlı musiqiçilər də müşayiət edib.

Konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilmiş muğam inciləri, Füzuli kantatası, bır sıra xalq mahnıları və Qarabağ şikəstəsi dinləyicilər tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.