Sıla məhkəmədə qalib gəldi
    • 7-11-2018, 11:57
    • 1 004

Sıla məhkəmədə qalib gəldi

Türk müğənnisi Sıla "Reverans" mahnısının sözlərinin özünə aid olduğunu iddia edərək, onu məhkəməyə verən Çətin Tazelerə qalib gəlib. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Tazelerin vəkili verdiyi şikayət ərizəsində müvəkkilinin yazmış olduğu mahnı sözünü kiçik yaşından faydalanaraq Sılanın aldığını və öz sözləri kimi təqdim etdiyini qeyd etmişdi. Buna görə də vəkil faizlə Sıladan təzminat tələb etmişdi. Sılanın vəkili cavab ərizəsində "Reverans"ın müvəkkili tərəfindən 2012-ci ildə yazıldığını, MSG-də (Musiki Eseri Sahipleri Grubu Meslek Birliği) qeydiyyatdan keçirdiyini qeyd edib. Ərizədə Tazelerin Sinan Akçillə bərabər bir çox məşhurlardan eyni yöndə şikayət etdiyi, amma hamısına məğlub olduğu da qeyd edilib. 
Ekspertlər sözügedən mahnının sözlərini Sılanın yazdığı digər mahnı sözlərinin yazı dili ilə uyğunlaşdıraraq, sözlərin müğənniyə aid olduğuna qərar verincə, Tazelerin iddiası məhkəmə tərəfindən rədd edilib. 

News24.az