Stadionda futbol oynayan 10 nəfərin telefonu oğurlandı
    • 8-07-2021, 15:21
    • 442

Stadionda futbol oynayan 10 nəfərin telefonu oğurlandı

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.