Qurban bayramında heyvanların satışı və kəsimi məntəqələrinin ünvanları açıqlandı - SİYAHI
    • 14-07-2021, 11:17
    • 483

Qurban bayramında heyvanların satışı və kəsimi məntəqələrinin ünvanları açıqlandı - SİYAHI

2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. 

News24.az xəbər verir ki, həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və  ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla  bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz. 

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır. 

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:



Rayon    Ünvan    Qeyd

Bakı şəhəri, Binəqədi rayonu    8 mkr., Cəfərxəndan 52C 
kəsim və satış
    
Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9     kəsim və satış
Bakı şəhəri, Xətai rayonu    Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2    kəsim və satış
Bakı şəhəri, Xəzər rayonu    Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21    kəsim və satış
    
Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78    kəsim və satış
    
Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28    kəsim və satış
    
Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı)    kəsim və satış

Bakı şəhəri, Qaradağ rayonu    Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC    kəsim və satış

Bakı şəhəri, Nərimanov rayonu    "Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26    kəsim və satış

Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi  kəsim və satış

"50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi    kəsim və satış

Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 92, “ESE” MMC    kəsim və satış

Heydər Əliyev prospekti 92, “Bəsit” firması    kəsim və satış
   
M. Abbasov küçəsi, 2405-ci məhəllə    kəsim və satış
 
Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217    kəsim və satış

Çobanzadə küçəsi 63    kəsim və satış

Bakı şəhəri, Pirallahı rayonu Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi    kəsim və satış

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa küçəsi     kəsim və satış

    Zabrat qəsəbəsi, Babək küçəsis    kəsim və satış

Bakı şəhəri, Səbail rayonu    Gülbala Əliyev küçəsi 20

    kəsim və satış
Gəncə şəhəri    Müseyib Bağırov küçəsi     yalnız kəsim

    Kəpəz rayonu, Sadıllı qəsəbəsi     yalnız kəsim

    Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı     yalnız kəsim

Lənkəran şəhəri    Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi)    kəsim və satış

Mingəçevir şəhəri    Ərəş küçəsi    kəsim və satış

    Təbriz küçəsi    kəsim və satış

Sumqayıt şəhəri    Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A    kəsim və satış

    Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC    kəsim və satış

Şəki şəhəri    Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC     yalnız kəsim

    Salman Mümtaz küçəsi     yalnız satış

Şirvan şəhəri    Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi)    kəsim və satış

Yevlax rayonu    Aşağı Bucaq kəndi    kəsim və satış

 Salahlı kəndi    kəsim və satış

 Yevlax rayon, Aran qəsəbəsi    kəsim və satış

Abşeron rayonu    Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi     yalnız kəsim
 
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC    kəsim və satış
 
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC    kəsim və satış
 
Abşeron rayonu, Məmmədli kəndi     kəsim və satış

Ağcabədi Rayonu    Xocavənd kəndi     yalnız kəsim

Aşağı Avşar kəndi    kəsim və satış

Ağdaş rayonu    Ağdaş rayonu, H. Əliyev pr. 169     yalnız kəsim

Ağdaş rayonu, Heyvan bazarı    yalnız satış

Ağstafa rayonu    Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi)    kəsim və satış

Balakən rayonu    Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7    yalnız satış

Beyləqan rayonu    Şəfəq qəsəbəsi (Ziyarətgah)     kəsim və satış

Şəfəq qəsəbəsi (Ziyarətgah)     kəsim və satış

Bərdə rayonu    Qaradağlı kəndi    kəsim və satış

Biləsuvar rayonu    Biləsuvar şəhər H. Əliyev  küçəsi     yalnız satış

Cəlilabad rayonu    Cəlilabad şəhəri, Qurtuluş pr-76    yalnız satış

Füzuli rayonu    Bala Bəhmənli kəndi     yalnız satış

Gədəbəy rayonu    Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi     yalnız kəsim

Yenikənd kəndi    yalnız satış

Goranboy rayonu    Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi)    kəsim və satış

Göyçay rayonu    Göyçay rayonu, Cəyirli kəndi     yalnız kəsim

    Qarabaqqal kəndi, heyvan bazarı     yalnız satış

Göygöl rayonu    Göygöl şəhəri, A. Şadlinski küçəsi 1    yalnız kəsim

    Qızılqaya qəsəbəsi     yalnız kəsim

    Qızılca bələdiyyəsi ərazisi    kəsim və satış

Xaçmaz rayonu    Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC    kəsim və satış

İsmayıllı rayonu    İsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksi    kəsim və satış

Qax rayonu    Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1     yalnız satış

Qazax rayonu    Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A     yalnız kəsim

    Qazax şəhəri, Nəriman Nərimanov küçəsi     yalnız satış

Qəbələ rayonu    Qəbələ şəhəri, H. Əliyev pr. 9     yalnız satış

Qobustan rayonu    Qobustan şəhəri, E. Vəliyev küçəsi    kəsim və satış

Quba rayonu    Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi    kəsim və satış

Qusar rayonu    Qusar şəhəri, Çingiz Qurbanov 10A    kəsim və satış

Masallı rayonu    Masallı şəhəri, H. Aslanov küçəsi     yalnız satış

    Masallı şəhəri, H. Aslanov küçəsi    yalnız satış

Neftçala rayonu    Neftçala şəhəri, M. Əsədov küçəsi     yalnız satış

Saatlı rayonu    Saatlı rayonu, Sarıcalar kəndi    kəsim və satış

Salyan rayonu    Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i     yalnız kəsim

    Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı     yalnız satış

Samux rayonu    Tatlı kəndi    kəsim və satış

Siyəzən rayonu    Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi     kəsim və satış

Şabran rayonu    Şabran şəhəri, M. Müşviq küçəsi 7    kəsim və satış

Şamaxı rayonu    Şəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksi    kəsim və satış

Şəmkir rayonu    Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi)    kəsim və satış

Tərtər rayonu    Tərtər şəhəri, Cavanşir küçəsi 84     yalnız kəsim

    Tərtər şəhəri, F. Qulami küçəsi     yalnız satış

Tovuz rayonu    Tovuz şəhəri, Musa Musayev küçəsi     yalnız kəsim

    Qovlar şəhəri, Vağzal küçəsi     yalnız kəsim

    Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMC    yalnız kəsim

    Aşağıquşçu kəndi, heyvan bazarı    yalnız satış

Zaqatala rayonu    Aşağı Tala kəndi     yalnız kəsim

    Muxax kəndi    kəsim və satış

    Əliabad qəsəbəsi    kəsim və satış

Zərdab rayonu    Zərdab şəhəri, Füzuli küçəsi 17    kəsim və satış


                                                             Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 
                                                         Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi