Vətən Müharibəsində fədakarlıq göstərən jurnalistlər TƏLTİF OLUNDU
    • 27-07-2021, 11:38
    • 677

Vətən Müharibəsində fədakarlıq göstərən jurnalistlər TƏLTİF OLUNDU

44 günlük müharibədə fədakarlıq göstərmiş jurnalistlər təltif edilib.

News24.az xəbər verir ki, tədbirdə tanınmış jurnalistlərdən İlhamə Novruzova, İlhamiyyə Rzayeva, Vüqar İmanov, Lalə Azərtaş, Pərvin Əsgərli, Jalə Həsənli,  Nübar Ələkbərova , Afət Rahilqızı, Ülkər Qasımova (NEWS24.AZ), Lalə Qəzənfər , Elton Hacıyev və başqaları  diplom və hədiyyələrlə təltif olunub. 

İlqar Mikayıloğlu (Real Tv), İbrahim Kamiloğlu (Xəzər Tv)  İsmayıl Əmirli ( ATV) , Elnur Tofiq (AzTv) müharibə dövründə şahidi olduğu hadisələri tədbir iştirakçıları ilə bölüşüb. 

Jurnalistləri təbrik etmək üçün tədbirə bir neçə tanınmış müğənnilər təşrif buyurub. Əməkdar artist Mətanət İskəndərli, Ramal İsrafilov, Mədinə Məlik, Ceyhun Hacıyev öz ifalarını səsləndiriblər. Tədbirin təşkilatçısı və aparıcısı Sədaqət Rəşidqızı və Zabir Əliyev olub.