Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA
    • 3-08-2021, 15:00
    • 300

Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA

Almaniya, Belçika, Hollandiya, İspaniyada, eləcə də, Türkiyədə kənd təsərrüfatı məhsullarına ziyan vuran virus xəstəlikləri geniş yayılıb. Bu viruslar əsasən pomidor məhsulu arasında yayılsa da, badımcan, bibər, tütün kimi bitkilərə də ciddi zərər vurur.

News24.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev deyib. 

Onun sözlərinə görə, virus birbaşa insan orqanizminə mənfi təsir göstərməsə də, kənd təsərrüfatı bitkilərinə zərəri 40-80 faiz həcmindədir: "Bu təsir nəticəsində məhsulların əmtəəlik görünüşü son dərəcə pozulur və onlar istehlak üçün yararsız hesab edilir. Virusun ümumiyyətlə iqtisadi zərəri çox böyük həcmlə ölçülür".