Qəbələdə 3 otaqlı ev yandı
    • 11-08-2021, 09:06
    • 250

Qəbələdə 3 otaqlı ev yandı

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 160 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.