Mühafizəçi dəmir yolundan oğurluq etdi - Fotolar
    • 16-08-2021, 12:17
    • 322

Mühafizəçi dəmir yolundan oğurluq etdi - Fotolar

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Elçin Cəfərov, Ağasi Ağasiyev və Asim Şükürullayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib.

Həmin şəxs əvvəlcədən tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.

Faktla bağlı araşdırmalar aparılır.