Şamaxıda 37 yaşlı qadın itkin düşüb - FOTO
    • 17-08-2021, 13:14
    • 236

Şamaxıda 37 yaşlı qadın itkin düşüb - FOTO

Şamaxı sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, iyulun 20-də Şamaxı şəhər sakini, 1984-cü təvəllüdlü Hacıbabayeva Xalidə Məhəmməd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Xalidə Hacıbabayevanın əlamətləri: boyu 160 sm, saçları qara və orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-491-21-01mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.