11 yaşlı uşağı anasının tanışı döyərək öldürdü - Goranboyda QƏTL
    • 23-08-2021, 15:12
    • 323

11 yaşlı uşağı anasının tanışı döyərək öldürdü - Goranboyda QƏTL

Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

Goranboy Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilmişdir ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülmüş, avqustun 15-də isə aldığı xəsarətlərdən ölmüşdür. 

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İkram Hüseynov şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda istintaq davam etdirilir.