Cəzaçəkmə müəsisəsinə narkotik keçirilməsinin qarşısı alındı - Foto
    • 30-08-2021, 16:54
    • 279

Cəzaçəkmə müəsisəsinə narkotik keçirilməsinin qarşısı alındı - Foto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən News24.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Telman oğlu Hüseynovla qısamüddətli görüşə gəlmiş qohumu Şamaxı rayon sakini Rəfael Mahir oğlu Mirzəyevin əşyalarına və üzərinə baxış keçirilib. Yoxlama zamanı R.Mirzəyevin cibində gizlətdiyi kağız bükülünün içərisində ümumi çəkisi 0,363 qram olan narkotik vasitə marixuana aşkar edilib.